Məzmuna keç

Türkiyədə FETÖ-yə qarşı əməliyyatda 47 nəfər saxlanılıb

Türkiyənin 14 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

Nazir mərkəzi Antalya olmaqla 14 vilayətdə keçirilən "Kıskaç-9" əməliyyatları zamanı 47 şübhəlinin ələ keçirildiyini açıqlayıb.

"Terrorçuların göz açmasına icazə verməyəcəyik. Qəhrəman polisimizi və prokurorluq əməkdaşlarına təşəkkür edirəm" – deyə nazir bildirib.

Şəbnəm Mehdizadə