Məzmuna keç

İraqın şimalında 2 terrorçu zərərsizləşdirilib

İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində 2 PKK terrorçusu zərərsizləşdirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölgədə aşkarlanan terrorçular PUA zərbələri ilə zərərsizləşdiirlib.

"Qəhrəman Türk Silahlı Qüvvələri İraqın şimalında terrorçularla fasiləsiz mübarizə aparır. Terrorçularun harada gizlənməyindən asılı olmayaraq onları tapıb məhv edəcəyik" – deyə nazirliyin məlumatında bildirilir.

Şəbnəm Mehdizadə