Liviyanın Sirte şəhərinin sahillərində 7 qanunsuz miqrantın cəsədi tapılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Liviya Sahil Təhlükəsizliyi Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, şəxsiyyətləri hələlik müəyyən edilməmiş 7 nəfərin cəsədi Sirtenin Um əl-Kəndil bölgəsindəki çimərlikdə tapılıb.
Qeyd edək ki, Liviya Aralıq dənizi vasitəsilə qeyri-qanuni yollarla Avropaya getmək istəyən qanunsuz miqrantların çıxış nöqtəsi hesab olunur.
Şəbnəm Mehdizadə
