Məzmuna keç

Türkiyədə ağır yol qəzasında 28 nəfər yaralanıb

Türkiyənin Muğla şəhərində 2 mikroavtobusun toqquşması nəticəsində 28 nəfər yaralanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muğlanın Milas rayonunda fəhlələri daşıyan iki xidməti mikroavtobus toqquşması nəticəsində nəqliyyat vasitələrindən biri aşıb.

Hadisə yerinə polis və 7 təcili tibbi yardım maşını cəlb edilib.

Yaralılar ətrafdakı xəstəxanalara aparılıb.

Yaralıların səhhətinin yaxşı olduğu bildirilib.

Şəbnəm Mehdizadə