Türkiyənin Hatay vilayətində sərnişin mikroavtobusunun aşması nəticəsində 12 nəfər xəsarət alıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İskəndərun rayonunda mikroavtobusun hərəkətdə olarkən təkərinin partlayaraq aşması nəticəsində 12 nəfər xəsarət alıb.
Qəzada yaralanan şəxslər təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara aparılıb. Yaralıların vəziyyətinin yaxşı olduğu bildirilib.
Qəza səbəbindən nəqliyyatın hərəkəti bir müddət məhdudlaşdırılıb.
Şəbnəm Mehdizadə
