Türkiyənin Çanaqqala şəhərində 4,9 bal gücündə zəlzələ olub.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması (AFAD) məlumat yayıb.
Məlumata görə, Çanaqqalanın Yenice rayonunda baş verən zəlzələ İstanbul və ətraf şəhərlərdə də hiss olunub.
Zəlzələ yerin təxminən 10,44 kilometr dərinliyində baş verib.
Daxili işlər naziri Əli Yerlikaya hazırda ciddi neqativ halın olmadığını söyləyib.
“Allah ölkəmizi, millətimizi qorusun” – deyə nazir əlavə edib.
Çanaqqala valisi İlhami Aktaş AFAD başda olmaqla aidyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlərin görüldüyünü söyləyib.
Şəbnəm Mehdizadə
