ABŞ-ın Tennessi ştatında təyyarə qəzaya uğrayıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Nashville şəhərində magistral yolun yaxınlığında baş verən qəza nəticəsində tək mühərrikli təyyarənin ekipajında olan 5 nəfər həlak olub.
Polis qəza yerində araşdırmaların davam etdiyini bildirib.
Magistral yol müvəqqəti olaraq nəqliyyatın hərəkətinə bağlanıb.
Şəbnəm Mehdizadə
