Məzmuna keç

Yunanıstanda ən isti qış mövsümü yaşanıb

Yunanıstanda ən isti qış mövsümü yaşanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yunanıstan Meteorologiya İdarəsi məlumat yayıb.

Qurumun Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) məlumatları əsasında hazırlanan təhlillərinə görə, bu qış Yunanıstanda indiyə qədər ən yüksək temperatur qeydə alınıb.

Məlumata görə, 2023-cü ilin dekabr, 2024-cü ilin yanvar və fevral aylarında ölkə ərazisində havanın temperaturu mövsümi normadan yüksək olub.

Qeyd edək ki, Yunanıstanda qışda temperatur 1960-cı ildən bəri 1,8 dərəcə artaraq 11 dərəcəni keçib.

Şəbnəm Mehdizadə