Məzmuna keç

Türkiyədən Yunanıstan və İrana qaçmağa çalışan 4 nəfər yaxalanıb

Türkiyədən qeyri-qanuni yollarla Yunanıstan və İrana keçməyə çalışan 4 nəfər yaxalanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Sərhədçilərimiz Yunanıstan və İrana keçməyə cəhd edən 4 nəfəri yaxalayıb. Saxlanılan şəxslərdən 1-nin FETÖ, 1-nin isə İŞİD üzvü olduğu müəyyən edilib" – deyə nazirliyin məlumatında bildirilib.

Şəbnəm Mehdizadə