Türkiyənin 9 vilayətində terrorçuların istifadə etdiyi 59 sığınacaq dağıdılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Nazir PKK terror təşkilatının qış aylarında mağara və sığınacaqlarda gizlətdikləri müxtəlif silah, sursat və partlayıcı maddələrin məhv edilməsi məqsədilə “Bozdoğan-8” əməliyyatı keçirildiyini söyləyib.
Əməliyyat nəticəsində 59 mağara və sığınacaq məhv edilib.
"Terrorçuların yuvalarını bir-bir dağıdırıq və dağıtmağa davam edəcəyik. Tək bir məqsədimiz var, son terrorçu zərərsizləşdirilənə qədər dayanmadan mübarizə aparmaq" – deyə nazir bildirib.
Şəbnəm Mehdizadə
