Türkiyənin Muğla şəhərində 87 qanunsuz miqrant xilas edilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alır.
Məlumata görə, Muğlanın Datça sahillərində xilasedici sallarda bir qrup şəxsin olduğu müəyyən eidldikdən sonra bölgəyə Sahil Mühafizəsinə aid bir gəmi göndərilib.
Yunanıstan tərəfindən Türkiyəyə geri qaytarılan 4 xilasedici salda 26-sı uşaq olmaqla 87 qeyri-qanuni miqrant xilas edilib.
Ölkəni qeyri-qanuni yollarla xilasedici salla tərk etməyə cəhd edən Türkiyə vətəndaşı isə saxlanılıb.
Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
