Türkiyənin Samsun şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Samsunun Vezirköprü rayonunda şagirdləri daşıyan mikroavtobus idarəetmədən çıxaraq sahəyə aşıb. Qəza nəticəsində 19 şagird və sürücü xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib. Yaralılar Vezirköprü Dövlət Xəstəxanasına aparılıb.
Şəbnəm Mehdizadə
