Türkiyənin Aydın şəhərində sərnişin avtobusunun aşması nəticəsində 15 nəfər xəsarət alıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, avtobus Aydın Adnan Menderes Universitetininin yaxınlığında baryerlərə çırpılaraq aşıb.
Hadisə yerinə xilasetmə, AFAD əməkdaşları və polis cəlb edilib. Yaralılar şəhərdəki xəstəxanalara çatdırılıb.
Qəza ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə
