Məzmuna keç

Meksikada hərbi helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Meksika donanmasına məxsus helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 2 nəfər itkin düşüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Məlumata görə, hərbi helikopter Lazaro Kardenas limanı yaxınlığında okean patrul gəmisinin göyərtəsindən havaya qalxdıqdan qısa müddət sonra Sakit Okeana düşüb.

Limandan təqribən 370 kilometr aralıda okeana düşən helikopterdəki 8 donanma personalından 3-nün öldüyü, 2-nin itkin düşdüyü bildirilib.

Xilas edilən 3 nəfər xəstəxanaya yerləşdirilib.

İtkin düşənlərin axtarışları davam edir.

Qəza ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə