Mozambikdə 72 uşaq silahlı dəstələr tərəfindən qaçırılıb.
E-huquq.az Lusa agentliyinə istinadən xəbər verir ki, bu barədə Nampula bölgəsinin rəsmisi Albertina Ussene məlumat yayıb.
O qaçırılan uşaqlardan 29-nun xilas edilərək ailələrinə verildiyini söyləyib.
Qeyri-hökumət təşkilatları hücum zamanı çoxlu sayda məscid, məktəb, kilsə, ev və dükanın zərər gördüyünü açıqlayıb.
Hücumlara görə “Ənsarus Sünnə” terror təşkilatı məsuliyyəti öz üzərinə götürüb.
Qeyd edək ki, 2017-ci ildən bəri "Ənsarus Sünnə" terror təşkilatının Mozambikin Kabo Delqado bölgəsində mülki şəxslərə qarşı təşkil etdiyi hücumlarda 4 minə yaxın insan həyatını itirib, yüz minlərlə insan didərgin düşüb, 100 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Şəbnəm Mehdizadə
