İranın Bəndər Abbas neft emalı zavodunda partlayış baş verib.
E-huquq.az İRNA-ya istinadən xəbər verir ki, Hörmüzqan əyalətindəki Bəndər Abbas neft emalı zavodunda naməlum səbəbdən baş verən partlayış yanğına səbəb olub.
Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilib.
İran rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Şəbnəm Mehdizadə
