Məzmuna keç

Türkiyə ordusu Suriya və İraqda 520-yə yaxın terrorçu zərərsizləşdirdi

Türkiyə ordusu 2024-cü il yanvarın 1-dən İraq və Suriyada PKK-nın 519 terrorçusunu zərərsizləşdirib.

E-huquq.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirlyinin sözçüsü Zeki Aktürk deyib.

O qeyd edib ki, təkcə son həftədə Türkiyə ordusu PKK terror qruplaşmasının 36 üzvünü məhv edib.

“Bu terrorçulardan 204-ü İraqın, 315-i isə Suriyanın şimalındadır”, – Aktürk əlavə edib.