Cənubi Koreyada balıqçı gəmisinin batması nəticəsində 4 nəfər ölüb, 5 nəfər itkin düşüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Sahil Mühafizə Qüvvələri məlumat yayıb.
Məlumatda Cənubi Koreyanın sahil şəhəri Tonqyonq sahillərində balıqçı gəmisinin naməlum səbəbdən aşdığı qeyd olunub.
Qəzadan sonra 2-si cənubi koreyalı, 7-si indoneziyalı olan 9 nəfərlik gəmi heyətinin tapılması üçün axtarış-xilasetmə əməliyyatı başladılıb.
20 xilasedici qayıq və 4 təyyarənin iştirakı ilə aparılan axtarışlar zamanı kapitan və 3 İndoneziya vətəndaşının cəsədi aşkar edilib.
İtkin düşən 5 nəfərin axtarışları davam edir.
Şəbnəm Mehdizadə
