Türkiyənin Samsun şəhərində 4 bal gücündə zəlzələ baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması (AFAD) məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 03:10-da Samsun Körfəzində baş verən zəlzələ zamanı dağıntı və tələfat qeydə alınmayıb.
Zəlzələ yerin təxminən 18,27 kilometr dərinliyində baş verib.
Samsun valisi Orhan Tavlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlərin görüldüyünü söyləyib.
Şəbnəm Mehdizadə
