Türkiyənin paytaxtı Ankarada qonşular arasında baş verən silahlı insident zamanı 5 nəfər xəsarət alıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bina sakinləri arasında səs-küylə bağlı mübahisə düşüb. Qısa müddət sonra mübahisə silahlı insidentə çevrilib. Nəticədə 5 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım qrupları göndərilib. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.
Hadisəni törədən şəxs oradan uzaqlaşıb. Polis həmin şəxsin tutulması üçün axtarış tədbirləri aparır.
Şəbnəm Mehdizadə
