Məzmuna keç

İzmir sahillərində 91 miqrant saxlanılıb

Türkiyənin İzmir şəhərində 91 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Sahil Mühafizəsinin əməkdaşları İzmirin Dikili sahillərində rezin qayıqda 7-si uşaq olmaqla 34 qanunsuz miqrantı yaxalayıb.

Eyni bölgədə rezin qayıqda 8-i uşaq olmaqla 45 qeyri-qanuni miqrant aşkar edilərək sahilə çıxarılıb.

Səlçuq rayonunda isə jandarma əməkdaşlarnın dəstəyi ilə 5-i uşaq olmaqla 12 qanunsuz miqrant saxlanılıb.

Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.

Şəbnəm Mehdizadə