Türkiyənin Qaziantep şəhərində ağır yol qəzası nəticəsində 8 nəfər yaralanıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaziantepin Yavuzeli rayonunda fəhlələri daşıyan avtobus dirəyə çırpılıb.
Hadisə yerinə təcili yardım və yanğınsöndürmə briqadaları cəlb edilib. Qəzada yaralanan 8 nəfər şəhərin müxtəlif xəstəxanalarına aparılıb.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
Şəbnəm Mehdizadə
