Litvada Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadəyə qadağa qoyulub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Litva Gömrük İdarəsi məlumat yayıb.
Məlumata görə, martın 11-dən etibarən Rusiya dövlət nömrə nişanlı avtomobillərdən istifadə edənlər qanunvericiliyi pozmuş hesab olunacaq və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar.
Açıqlamada Litvada təxminən 50 Rusiya nömrəli avtomobilin olduğu qeyd olunub. Avtomobil sahibləri ölkəni tərk etmədikləri təqdirdə bu vasitələr müsadirə ediləcək.
Bildirilib ki, Rusiyanın Kalininqrad vilayətinə Litva üzərindən səfər edən və ya bu bölgədən gələn Rusiya vətəndaşları müvafiq sənədlərə malik olmaq və Litva ərazisindən tranzit 24 saatdan çox davam etməmək şərti ilə qadağadan azad olunacaqlar.
Bundan əlavə, diplomatik avtomobillər də qadağadan azad ediləcək.
Qeyd edək ki, Litva 2023-cü ilin sentyabrında Avropa Komissiyasının tövsiyəsi ilə Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini qadağan edib.
Şəbnəm Mehdizadə
