Məzmuna keç

İzmirdə 39 qanunsuz miqrant saxlanılıb

Türkiyənin İzmir şəhərində 39 qanunsuz miqrant saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Sahil Təhlükəsizlik Komandanlığı məlumat yayıb.

Məlumata görə, Çeşmə sahillərində Sahil Təhlükəsizlik Mobil Radarı (MORAD-11) tərəfindən aşşkar edilən rezin qayıqda 3-ü uşaq olmaqla 9 qanunsuz miqrant saxlanılıb.

Həmin bölgədə Sahil Mühafizəsinin gəmisi hərəkətdə olan digər bir rezin qayığı saxlayaraq qayıqda olan 19 miqrantı yaxalayıb.

Dikili sahillərində isə Komandanlığın əməkdaşları tərəfindən 11 qanunsuz miqrant saxlanılıb.

Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə