Fransada bir sıra dövlət qurumları kiberhücumların hədəfinə çevrilib.
E-huquq.az xəbər verir ki, bu barədə Fransanın Baş Nazirliyi açıqlama yayıb.
Məlumatda 10 martdan oxşar texniki vasitələrdən istifadə etməklə həyata keçirilən hücumların intensiv olduğu bildirilib.
Aidiyyəti qurumlar kiberhücumlar tamamilə zərərsizləşdirilənə qədər səfərbər edilib.
Hücumdan zərər çəkən qurumlar arasında İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, Ekoloji Keçid Nazirliyi, Baş Nazirlik və Mülki Aviasiya Baş İdarəsi də var.
Baş nazirlik hücumların kimlər tərəfindən həyata keçirildiyi barədə açıqlama verməyib.
Le Figaro qəzeti hücumlara görə məsuliyyəti "Anonim Sudan" adlı haker qrupunun üzərinə götürdüyünü açıqlayıb.
Şəbnəm Mehdizadə
