Məzmuna keç

Mikroavtobusun dərəyə aşması nəticəsində 9 nəfər yaralanıb

Türkiyənin Diyarbəkir şəhərində şagirdləri daşıyan mikroavtobus dərəyə aşıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza Diyarbəkir-Silvan avtomobil yolunda qeydə alınıb.

Şagirdləri reabilitasiya mərkəzinə aparan avtobusun idarəetmədən çıxaraq aşması nəticəsində 4-ü uşaq olmaqla 9 nəfər yaralanıb.

Hadisə yerinə təcili yardım və polis əməkdaşları göndərilib.

Qəzada xəsarət alan şəxslər şəhər xəstəxanalarına çatdırılıb.

Şəbnəm Mehdizadə