İndoneziyada balıqçı gəmisinin batması nəticəsində 2 nəfər ölüb, 24 nəfər itkin düşüb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, martın 9-da Cakartadan Bali yaxınlığındakı Lombok adasına gedən və içərisində 37 nəfərin olduğu balıqçı qayığı fırtına zamanı batıb.
Axtarış-xilasetmə işləri nəticəsində 11 nəfər xilas edilib, 2 nəfərin isə cəsədi tapılıb.
Zərərçəkmişlərə tibbi yardım göstərilib.
İtkin düşən 24 nəfərin axtarış-xilasetmə işləri davam edir.
Şəbnəm Mehdizadə
