Məzmuna keç

Avropa Parlamenti Ermənistanın Aİ üzvlüyünə namizədlik imkanlarını nəzərdən keçirən qətnamə qəbul etdi

Avropa Parlamenti Ermənistanın Aİ üzvlüyünə namizədlik imkanlarını nəzərdən keçirən qətnamə qəbul edib.

E-huquq.az xəbər verir ki, qətnamənin lehinə 504 deputat, əleyhinə 4 deputat səs verib.

32 deputat bitərəf qalıb.

“Əgər Ermənistan namizəd statusu almaqda maraqlı olsa və demokratiyanı gücləndirən islahatlar yolu ilə getməyə davam edərsə, bu, Aİ-Ermənistan münasibətlərində transformasiya mərhələsi üçün əsas ola bilər”, – qətnamə layihəsində deyilir.