Məzmuna keç

ABŞ-da vəba xəstəliyinə yoluxan şəxs dünyasını dəyişib

ABŞ-ın Nyu-Meksiko ştatının Linkoln bölgəsində vəbaya yoluxan şəxs həyatını itirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nyu Meksiko Səhiyyə İdarəsi məlumat yayıb.

Məlumata görə, əyalətin Linkoln bölgəsində vəba xəstəliyinə tutulan şəxs xəstəxanaya yerləşdirildikdən qısa müddət sonra ölüb.

Əyalətdə sonuncu vəbaya yolxuma faktının 2021-ci ildə qeydə alındığı bildirilib.

Şəbnəm Mehdizadə