Avstraliyanın Viktoriya ştatında qızıl mədəninin çökməsi nəticəsində bir nəfər ölüb.
E-huquq.az 9News saytına istinadən xəbər verir ki, Mount Clear bölgəsində yerləşən qızıl mədəni yerli vaxtla saat 17:00 radələrində çöküb.
Polis və xilasetmə qrupları mədəndəki 29 işçini xilas edib.
Dağıntılar altında qalan iki işçidən birinin xilas edilərək xəstəxanaya yerləşdirilib.
Dağıntılar altında qalan digər işçinin həyatını xilas etmək mümkün olmayıb.
Şəbnəm Mehdizadə
