Məzmuna keç

Son bir həftə ərzində Türkiyədə 63 terrorçu zərərsizləşdirilib

Son bir həftə ərzində Türkiyədə 63 terrorçu zərərsizləşdirilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son bir həftədə PKK/KCK/PYD-YPG, İŞİD və FETÖ başda olmaqla bütün terror təşkilatlarına qarşı aparılan əməliyyatlarla İraq və Suriyanın şimalı da daxil olmaqla 63 terrorçu məhv edilib.

Qeyd olunub ki, 2024-cü il yanvarın 1-dən indiyə kimi İraqın şimalında 229, Suriyanın şimalında isə 353-ə terrorçu zərərsizləşdirilib.

Şəbnəm Mehdizadə