Son bir həftə ərzində Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edən 138 nəfər tutulub, 2 843 nəfər isə sərhədi keçmədən qarşısı alınıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yazılıb.
Beləliklə, 2024-cü ilin əvvəlindən bu günə qədər sərhədi qeyri-qanuni keçməyə cəhd edərkən tutulanların sayı 1747-ə çatıb. Sərhədi keçmədən tutulanların sayı isə 34 min 447-ə çatıb.
Şəbnəm Mehdizadə
