Məzmuna keç

“TikTok” 10 milyon avro cərimələnib

İtaliya Rəqabət Təşkilatı (Antitrust-AGCM) TikTok sosial media platformasını 10 milyon avro cərimələyib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat qurumun yaydığı açıqlamada yer alır.

Məlumata görə, İtaliya, İngiltərə və İrlandiyadakı “TikTok” filiallarına, yetkinlik yaşına çatmayan istifadəçiləri potensial zərərli təsirlərdən qorumadıqları səbəbi ilə ümumilikdə 10 milyon avro cərimə kəsilib.

Açıqlamada bildirilib ki, "TikTok" platformasında yayılan məzmuna nəzarət qanedici səviyyədə deyil.

Şəbnəm Mehdizadə