Məzmuna keç

Somalidə otelə hücum nəticəsində 3 nəfər ölüb, 27 nəfər yaralanıb

Ötən gecə Somalidə "Əş-Şəbab" terror təşkilatı üzvlərinin otelə hücumu nəticəsində 3 əsgər ölüb, 27 nəfər yaralanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Somali polisinin sözçüsü Kasım Əhməd Roble mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, hücumdan sonra başlayan qarşıdurmada 5 terrorçu zərərsizləşdirilib.

Roble bildirib ki, yaralılardan 3-ü millət vəkili, 9-u isə hərbçidir.

Hadisə ilə bağlı istintaq başladılıb.

Şəbnəm Mehdizadə