Məzmuna keç

Bodrum sahillərində 33 miqrant xilas edilib

Türkiyənin Muğla şəhərində 33 qanunsuz miqrant xilas edilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumat Sahil Mühafizə Komandanlığının internet saytında yer alır.

Məlumata görə, Bodrum sahillərində xilasedici salda bir qrup şəxsin olduğu müəyən edildikdən sonra bölgəyə Sahil Mühafizə Botu bölgəyə istiqamətləndirilib.

Komandalar Yunanıstan tərəfindən geri qaytarılan 33 qeyri-qanuni miqrantı xilas edib.

Komandanlığın əməkdaşları həmin ərazidə hərəkətdə olan 3 rezin qayığı dayandırıb.

Qayıqda olan 67 qeyri-qanuni miqrant və 2 miqrant qaçaqmalçısı yaxalanıb.

Miqrantlar Miqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.

Şəbnəm Mehdizadə