Məzmuna keç

Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edən 82 nəfər tutulub

Son bir həftə ərzində Türkiyə sərhədini qanunsuz keçməyə cəhd edən 82 nəfər tutulub, 2572 nəfər isə sərhədi keçmədən qarşısı alınıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yazılıb.

Beləliklə, 2024-cü ilin əvvəlindən bu günə qədər sərhədi qeyri-qanuni keçməyə cəhd edərkən tutulanların sayı 2003-ə çatıb. Sərhədi keçmədən tutulanların sayı isə 39 min 412-ə çatıb.

Şəbnəm Mehdizadə