Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin nəticələrinə dair növbəti məlumatlar açıqlanıb.
E-huquq.az xəbər verir ki, indiyədək ölkə üzrə sandıqların 51,65 faizi açılıb.
Hesablamalara əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,89 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 36,85 faizlə ikinci sıradadır.
***
21.24
Türkiyədə bələdiyyə seçkiləri çərçivəsində bu gün bəzi seçki məntəqələri üzrə ilkin nəticələr açıqlanıb.
E-huquq.az xəbər verir ki, seçki qutularının 9,96 faizi açılıb.
Nəticələrə görə, ölkənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 39,17% səslə liderdir.
Cümhuriyyət Xalq Partiyası (RP) 32,48 faiz səsələ 2-ci, DEM partiyası 6,74 faiz səslə 3-cü yerdədir.
Səsvermə zamanı seçici fəallığı 74,88 faiz təşkil edib.
