Məzmuna keç

Son 3 ayda bağçalarda 282 yeni tərbiyəçi-müəllim işə qəbul oldu

Son 3 ayda məktəbəqədər təhsil müəssisələrinə 282 yeni tərbiyəçi-müəllim işə qəbul olub.

E-huquq.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir.

Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.