Məzmuna keç

Havada tozun miqdarı normadan artıqdır

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

E-huquq.az xəbər verir ki, bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva məlumat verib.

Onun sözlərinə görə, hazırda havada tozun miqdarı normadan 1.2 dəfə artıqdır:

"Havada müşahidə olunan toz meteoroloji vəziyyətlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb istiqamətli küləklərin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır. Tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir".