Türkiyənin Ədirnə şəhərində 15 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qeyri-qanuni miqrasiyanın qarşısının alınması məqsədilə şəhərdə yoxlamalar aparılıb.
Bu zaman ölkəyə qeyri-qanuni yollarla daxil olduqları müəyyən edilən 15 nəfər Əfqanıstan, Mərakeş və Pakistan vətəndaşı yaxalanıb.
Miqrantlar Miqrasiya İdarəsinə göndərilib.
Şəbnəm Mehdizadə
