Filippində isti hava şəraiti ilə əlaqədar olaraq əyani tədris prosesi dayandırılıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Filippin Təhsil Departamenti məlumat yayıb.
Məlumatda ölkədə isti hava şəraiti ilə əlaqədar olaraq 3954 məktəbdə əyani tədris prosesinin dayandırıldığı bildirilib.
Qeyd edək ki, ölkənin bəzi bölgələrində havanın temperaturu 43 dərəcəyə çatıb.
Şəbnəm Mehdizadə
