Türkiyənin Ərzincan şəhərində avtomobilin dərəyə aşması nəticəsində 7 nəfər xəsarət alıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Ərzincan-Sivas yolunun Kalkancı kəndi yaxınlığında qeydə alınıb.
Hadisə nəticəsində yaralanan şəxslər ətrafdakı xəstəxanaya aparılıb.
Onların səhhətinin yaxşı olduğu bildirilib.
Şəbnəm Mehdizadə
