Türkiyənin Kocaeli şəhərində fəhlələri daşıyan mikroavtobusun baryerə çırpılması nəticəsində 5 nəfər yaralanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kocaelinin Gebze rayonunda maistral yolda hərəkət edən mikroavtobus yolun kənarındakı baryerlərə çırpılıb.
Qəza zamanı nəqliyyat vasitəsində olan 5 fəhlə yaralanıb.
Hadisə yerinə polis və təcili yardım qrupları cəlb edilib.
Təcili yardımla ətraf xəstəxanalara çatdırılan yaralıların səhhətinin yaxşı olduğu bildirilib.
Bir müddət sonra nəqliyyatın hərəkəti bərpa edilib.
Şəbnəm Mehdizadə
