Tayvanın Hualien şəhərinin şimalındakı Taroko Milli Parkında daha iki nəfərin cəsədini tapılıb.
Tayvanın Hualien şəhərində baş verən 7,4 bal gücündə zəlzələdə ölənlərin sayının 12-yə çatıb.
İndiyədək ölənlərin sayı 12-yə çatıb. 13 nəfər itkin düşüb.
671 nəfər hələ də köməksiz vəziyyətdə qalıb.
Qapalı qalanların çoxu sürüşmələr səbəbindən nəqliyyatın kəsildiyi Taroko Milli Parkının ətrafındakı otel və sığınacaqlardadır.
Qeyd edək ki, aprelin 3-də Tayvanın şərq sahilindəki Hualien şəhərində 7,4 bal gücündə zəlzələ baş verib. Bu, son 25 ildə Tayvanda baş verən ən güclü zəlzələdir.
Şəbnəm Mehdizadə
