Nigeriyada silahlı hücum zamanı 19 nəfər həyatını itirib.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, Nigeriyanın Kogi əyalətinin Omala bölgəsində silahlı şəxslər tərəfindən hücum həyata keçirilib.
Hücum nəticəsində 19 nəfər ölüb, onlarla insan yaralanıb.
Hücum zamanı yerli sakinlərin ərzaq məhsulları oğurlanıb.
Əyalət Polisinin İctimaiyyətlə Əlaqələr Mütəxəssisi Uilyam Aya hadisə ilə bağlı araşdırma aparıldığını söyləyib.
Şəbnəm Mehdizadə
