Türkiyənin Konya şəhərində anbarda yanğın baş verib.
E-huquq.az xəbər verir ki, Konyanın Səlçuklu rayonunda yerləşən fabrikin anbarında naməlum səbəbdən yanğın başlayıb.
Bölgəyə çoxlu sayda yanğınsöndürən və xilasetmə briqadası sövq edilib.
Yanğın qısa müddətdə nəzarət altına alınıb.
Hadisə nəticəsində fabrikə ziyan dəyib.
Şəbnəm Mehdizadə
