Məzmuna keç

Türkiyədə silahlı insident zamanı 6 nəfər yaralanıb

Türkiyənin Samsun şəhərində silahlı insident zamanı 6 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Samsunun Alaçam rayonunda baş verib.

Aralarında ədavət olduğu iddia edilən iki qrup arasında başlayan mübahisə zamanı tərəflərdən biri digərlərinə ov tüfəngindən atəş açıb.

Hadisə yerinə polis və təcili yardım qrupları göndərilib.

Xəsarət alanlar Bafra Dövlət Xəstəxanasına aparılıb.

Polis hadisəni törədən 2 şəxsi saxlayıb.

Şəbnəm Mehdizadə