Fransanın paytaxtı Parisdə yaşayış binasında baş verən partlayış nəticəsində 3 nəfər həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Parisin 11-ci məhəlləsində yerləşən yaşayış binasında qeydə alınıb.
Belə ki, binanın 7-ci mərtəbəsindəki mənzildə naməlum səbəbdən partlayış baş verib.
Partlayış nəticəsində mənzildə baş verən yanğından xilas olmağa çalışan və təşviş içində aşağı tullanan şəxs dünyasını dəyişib.
Xəbər üzərinə hadisə yerinə gələn yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın söndürülüb.
Mənzildə 2 cəsəd tapılıb.
Şəbnəm Mehdizadə
