Məzmuna keç

Nigeriyada naməlum xəstəlikdən 3 uşaq ölüb

Nigeriyada naməlum xəstəlik səbəbindən 3 uşaq dünyasını dəyişib, 127 uşaq isə xəstəxanaya yerləşdirilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriyanın Sokoto əyalətinin rəsmisi İdris Qobir məlumat verib.

O, indiyədək 3 uşağın "diaqnozu qoyulmamış xəstəlik" səbəbilə həyatını itirdiyini bildirib.

Xəstəliyin səbəbini araşdırıldığını qeyd edən Qobir, epidemiyanın yayılmasının qarşısını almaq üçün federal hökumətdən kömək istəyib.

Şəbnəm Mehdizadə