Məzmuna keç

Türkiyədə anbar çöküb: 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Türkiyənin Niğde şəhərində tikilməkdə olan kartof anbarında baş verən çökmə nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Niğdenin Çarıklı kəndində tikilən kartof anbarında qeydə alınıb.

Hadisə yerinə bölgəyə jandarma, xilasetmə, təcili yardım və AFAD əməkdaşları cəlb edilib.

Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya göndərilib.

Şəbnəm Mehdizadə